ABŞ-nin İrana qarşı hücumlarının ilk 4 günü ərzində təxminən 2 milyard dollar dəyərində hərbi avadanlıq itirdiyi məlum olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-İsrail hücumlarının başladığı 28 fevraldan etibarən İranın bölgədəki ABŞ hərbi qüvvələrinə verdiyi ziyanın ümumi məbləği 1,902 milyard dollara çatıb.
Bu maliyyə itkisinin əsas hissəsini Qətərdəki "El Udeyd" Hava Bazasındakı və təxmini 1,1 milyard dollar dəyərində olan "AN/FPS-132" erkən xəbərdarlıq radar sisteminin İranın raket hücumunda zərər görməsi təşkil edir.
Bundan əlavə, Küveyt hava müdafiə sistemləri tərəfindən "dost atəşi" nəticəsində düşürülən 3 ədəd "F-15E Strike Eagle" tipli döyüş təyyarəsinin yerinə yenilərinin alınması təxminən 282 milyon dollara başa gələcək.