İran Xarici İşlər Nazirliyi sözçüsü İsmail Bekayi İranın qonşu ölkələrə raket və dron hücumları ilə bağlı danışıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bekayi ABŞ və İsrailin İranın üzərinə birgə hava hücumları, Türkiyə ilə əlaqələr və bölgədəki təhlükəsizlik vəziyyəti barədə İHA-ya xüsusi açıqlamalar verib.
Bekayi "İranın Türkiyəyə hücum etmək kimi bir niyyəti yoxdur. Biz heç bir qonşu ölkəyə hücum etmərik. Müdafiə əməliyyatlarımız yalnızca İrana qarşı həyata keçirilən hərbi hücumun mənbəyinə və başlanğıc nöqtələrinə yönəlir", - açıqlamasını verib.