57 yaşlı bələdiyyə sədri 21 yaşlı sevgilisi ilə oteldə yaxalandı - VİDEO

22:26 - 27 Mart 2026

57 yaşlı bələdiyyə sədri 21 yaşlı sevgilisi ilə oteldə yaxalandı - VİDEO

Türkiyənin Uşak vilayətində CHP-li Uşak bələdiyyə sədri rüşvət istintaqı çərçivəsində saxlanılıb.


Manset.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, rüşvət istintaqı çərçivəsində saxlanılan Türkiyənin Uşak şəhərinin CHP-li bələdiyyə sədri Özkan Yalımın 21 yaşlı sevgilisi ilə birlikdə otel otağında yaxalandığı bildirilib.

Ö.Yalımın ikinci mobil telefonunun sevgilisinin paltarında gizlədildiyi iddia olunur. 21 yaşlı bir qadının bələdiyyə işçisi olduğu müəyyən edilib. 

Əldə olunan digər məlumata görə, adıçəkilən 57 yaşlı bələdiyyə sədri Ankarada yerləşən “Crowne Plaza” otelində gənc qadınla yarıçılpaq şəkildə saxlanılıb.

Qeyd edək ki, İstanbul Baş Prokurorluğu tərəfindən əlaqələndirilən rüşvət istintaqı çərçivəsində Uşak Bələdiyyəsinə qarşı əməliyyat keçirilib. İstintaq Özkan Yalımın fiziki şəxslərdən və şirkətlərdən rüşvət aldığına dair iddialar əsasında başladılıb.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az