İsrail Müdafiə Nazirliyi Katz İsrail ordusunun İranın ən böyük neft-kimya obyektinə hücum etdiyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Cənubi Fars neft-kimya kompleksində partlama səsləri eşidildiyi bildirilib.
Katz bu mövzu ilə bağlı açıqlama verib:
"İsrail ordusu Aseluye şəhərində yerləşən İranın ən böyük neft-kimya obyektinə hücum etdi", - deyə İsrail Müdafiə Naziri bildirib. O, İranın neft-kimya ixracatının təxminən 85%-ni təmin edən iki obyektin artıq fəaliyyət göstərmədiyini iddia edib.