"Hollywood"un tanınmış aktyoru Mark Hamill ABŞ Prezidenti Donald Trampı məzarda əks etdirən süni intellekt vasitəsilə hazırlanmış görüntünü sosial şəbəkə hesabında paylaşıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Hamill paylaşımında yalnız “kaş ki” ifadəsini yazıb.
Məşhur aktyorla Donald Tramp arasında yaşanan gərginlik həmin paylaşımın ardından yenidən gündəmə gəlib. Ağ Ev isə paylaşım səbəbindən Mark Hamillə sərt reaksiya verib.
Rəsmi açıqlamada aktyor “xəstə düşüncəli şəxs” kimi xarakterizə olunub.