ABŞ-nin İranla mümkün razılaşma ilə bağlı bu gün cavab gözlədiyini açıqlamasından sonra Tehran rəhbərliyi də mövqeyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İran tərəfi ABŞ-ın təqdim etdiyi təklifi hələ də nəzərdən keçirdiklərini bildirərək, “İstənilən hücuma sərt cavab verəcəyik” bəyanatını səsləndirib.
Körfəz bölgəsində gərginlik yenidən artmağa başlayıb. ABŞ ilə İran arasında davam edən böhran bu dəfə Birləşmiş Ərəb Əmirliklərinin də prosesə cəlb olunması ilə daha da dərinləşib.
Bölgədə qarşılıqlı hücumlar və sərt bəyanatlar Yaxın Şərqdə atəşkəs prosesinin taleyini yenidən qeyri-müəyyən vəziyyətə salıb. Tərəflərin ardıcıl addımları isə beynəlxalq diqqəti bölgəyə yönəldib.