Türkiyənin Şanlıurfa vilayətinin Hilvan rayonunda mikroavtobusa təşkil olunan silahlı hücum baş verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza nəticəsində 3 nəfər həyatını itirib. Hadisəni törədən şəxslər olay yerindən qaçıb, jandarma qüvvələri isə məhəllədə geniş təhlükəsizlik tədbirləri həyata keçirib.
Hadisə axşam saatlarında rayonun Konaç məhəlləsində baş verib. Mustafa Kada idarə etdiyi 49 ABK 705 dövlət nömrə nişanlı mikroavtobusa naməlum şəxslər tərəfindən atəş açılıb.
Ətrafdakı şəxslərin məlumat verməsindən sonra hadisə yerinə jandarma və təcili tibbi yardım briqadaları göndərilib.