İran ABŞ-nin təklifinə cavab verdi

18:49 - 10 May 2026

İran ABŞ-nin təklifinə cavab verdi

İran rəhbərliyi münaqişənin dayandırılması ilə bağlı ABŞ-nin irəli sürdüyü təklifə cavabını Pakistan vasitəçiləri vasitəsilə təqdim edib.


Manset.az xəbər verir ki, bu barədə IRNA agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, danışıqların hazırkı mərhələsi yalnız regionda davam edən müharibənin dayandırılması məsələsini əhatə edəcək.

ISNA agentliyinin yaydığı xəbərə əsasən, İran tərəfinin cavab məktubunda münaqişənin həlli ilə yanaşı, Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi ilə bağlı xüsusi bəndlər də yer alıb.

Qeyd edək ki, Fars körfəzi bölgəsində gərginliyin yeni dalğası mayın 7-si axşam saatlarında ABŞ və İran arasında qarşılıqlı zərbələr mübadiləsindən sonra başlayıb. İranın dövlət teleradiosunun məlumatına görə, buna səbəb ABŞ hərbçilərinin İran tankerinə hücum etməsi olub.

Buna cavab olaraq, İslam Respublikası Hörmüz boğazı yaxınlığında ABŞ-nin üç esminesinə raketlər və kamikadze dronlarla hücum edib.

Öz növbəsində, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı raket esmineslərinə hücum faktını təsdiqləyib və İran ərazisindəki hərbi obyektlərə cavab zərbələri endirdiyini bəyan edib.

Bununla belə, ABŞ Prezidenti Donald Tramp tərəflər arasında atəşkəsin qüvvədə qaldığını vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az