Böyük Öndər Qazi Mustafa Kamal Atatürkün 19 may 1919-cu ildə düşmənin dörd tərəfdən mühasirəyə aldığı vətəni xilas etmək üçün Samsuna çıxaraq Milli Mübarizəni başlatmasından 107 il ötür.
Manset.az-ın türk mətbuatına istinadən məlumatına görə, 30 oktyabr 1918-ci ildə Mudros müqaviləsindən sonra İzmir yunanlar, Adana fransızlar, Antalya və Konya isə italyanlar tərəfindən işğal edildi.
Urfa, Maraş, Antep, Merzifon və Samsun şəhərlərinə ingilis əsgərləri çıxdı, İngilis Donanması 13 noyabr 1918-ci ildə İstanbul önündə lövbər saldı.
Vətəni qorumaq üçün illərini cəbhələrdə keçirən, İldırım Orduları Qrup Komandanlığından 3 noyabr 1918-ci ildə İstanbula qayıdan Mustafa Kamal Atatürk, vətənini xilas etmək üçün hərəkətə keçdi.
Samsun və ətrafındakı rumlar, 17-18 mart 1919-cu ildə Samsuna əsgər çıxaran ingilislərin də dəstəyi ilə quldur basqınları təşkil edib iğtişaşlar törədərək, Mudros barışığının 7-ci maddəsinə əsasən bölgəni Antanta dövlətlərinin işğalına açmaq istəyirdilər.
Bu hadisələrdən sonra Türk xalqı özünü müdafiə etmək üçün təşkilatlanmağa, can və mal təhlükəsizliyini qorumağa çalışdı. Bu vəziyyətdən narahat olan İngiltərə Ali Komissarlığı və Qaradəniz Ordusu Baş Komandanlığı 21 aprel 1919-cu ildə İstanbul Hökumətinə nota verərək, bölgədəki gərginliyin azaldılmasını və rumlara qarşı edilən qondarma hücumların qarşısının alınmasını tələb etdi.

Bölgədə asayişi təmin etmək üçün 9-cu Ordu Müfəttişi olaraq təyin olunan Mustafa Kamal Atatürk, İzmirin işğal olunduğu 15 may 1919-cu ilin ertəsi günü "Bandırma" gəmisi ilə İstanbuldan yola çıxdı.
Mustafa Kamal Atatürk və onun yoldaşları 19 Mayda Samsuna ilk addımlarını Reji limanından atdılar. Birinci Dünya Müharibəsi zamanı ruslar şəhərin bütün liman limanlarını bombalamış, amma yalnız fransızlara məxsus Reji (Tütün İdarəsi) limanı salamat qalmışdı. Fransızlar o dövrdə Samsunda yerləşən bir fabrikdə siqaret istehsal edirdilər. Buna görə də bu yer “Tütün skelesi” kimi də tanınırdı.
Samsuna gəlişinin ingilislərdə təşviş yaratmasından sonra Mustafa Kamal Samsunda 6 gün qaldıqdan sonra 25 mayda Havzaya keçdi.

Havzada təşkil edilən ilk mitinqdə İzmirin işğalına etiraz edildi
Ölkənin qurtuluşuna gedən yolda Mustafa Kamal Paşanın ikinci dayanacağı olan Havzada ilk mitinq keçirildi. Mustafa Kamal Paşanın göstərişi ilə təşkil olunan mitinqdə İzmirin işğalı kəskin şəkildə pisləndi.
Növbəti dayanacağı Amasya olacaq Mustafa Kamal, 18 gün ərzində Havzada Milli Mübarizə üçün mühüm işlər gördü.
Havzadakı hərəkatdan xəbər tutan ingilislərin təzyiqi ilə 9-cu Ordu Müfəttişliyi vəzifəsindən azad edilən Mustafa Kamal Havza sakinləri ilə mülki şəxs olaraq vidalaşdı.

Mübarizə alovu Anadoluya yayıldı
Mustafa Kamal Atatürk və silah yoldaşlarının Samsuna çıxaraq yandırdığı qurtuluş məşəli ardıcıllıqla Amasya, Ərzurum və Sivasda da yandırılaraq bütün ölkəyə yayıldı. Milli Mübarizə nəticəsində 29 oktyabr 1923-cü ildə qurulan Türkiye Cümhuriyyəti bu il 103 yaşına girir.
Ondokuz Mayıs Universiteti (OMÜ) Təhsil Fakültəsi İbtidai Təhsil Bölümü Müəllimliyi kafedrasının professoru, doktor Kaya Tuncer Çağlayan AA müxbirinə verdiyi açıqlamada Milli Mübarizənin Türk tarixinin ən mühüm dönəmlərindən biri olduğunu bildirib.
Mudros müaviləsinin 7-ci maddəsinin işğallara zəmin hazırladığını və Osmanlı Dövlətinin bölüşdürülmə prosesində kritik rol oynadığını qeyd edən Çağlayan, başda İstanbul və boğazlar olmaqla Anadolu’nun müxtəlif bölgələrinin işğal edildiyini xatırladıb.

Samsuna da 9 mart və 17 may 1919-cu il tarixlərində ingilis əsgərlərinin yeridildiyini vurğulayan Çağlayan: "Bu baxımdan yanaşdıqda, Milli Mübarizə Türk millətinin bu torpaqları vətən olaraq qorumaq mücadiləsidir. Bu, təkcə müstəqilliyin və vətən bütövlüyünün deyil, həm də milli və mənəvi dəyərlərin qorunması davasıdır", — deyə bildirdi.
Mustafa Kamal Paşa və silahdaşlarının işğal altındakı İstanbulda apardıqları müzakirələr nəticəsində Milli Mübarizənin Anadolu mərkəzli idarə olunmasının qaçılmaz olduğu fikrinin üstünlük qazandığını deyən Çağlayan sözlərinə belə davam etdi:
"Mustafa Kamal Paşanın 9-cu Ordu Müfəttişi olaraq Samsuna təyin edilməsi ilə demək olar ki, Anadolunun yarısı, yəni bütün Şərqi Anadolu hərbi və mülki müfəttiş kimi onun nəzarətinə və əmrinə verilmişdi. Beləliklə, Mustafa Kamal Paşa Türk millətinin qara talehini dəyişmək naminə 19 may 1919-cu ildə Samsuna addım atdı. Lakin burada mühüm məqam odur ki, İstanbulda qərara alınan Anadolu mərkəzli Milli Mübarizə ideyasının reallaşıb-reallaşmayacağı qeyri-müəyyən idi. Hər nə qədər Milli Mübarizənin rəhbər heyəti hərbçilər olsa da, bu hərəkatın əsl sahibi bizzat Türk milləti olacaqdı. Türk milləti isə yorğun idi. Təxminən 7-8 il davam edən müharibələr var idi və bu müharibələrdən əldən düşmüş Türk xalqı yeni bir mübarizəyə başlamaq üçün kifayət qədər enerjiyə, cəsarətə sahib idimi? Bunun ilk sınaqdan keçirildiyi yer Samsun oldu".
Samsunun Milli Mübarizədəki kritik roluna diqqət çəkən Çağlayan: "Samsunun Milli Mübarizədəki ən böyük rolu — Anadolu mərkəzində milli mübarizə ideyasının gerçəkləşdirilə biləcəyinə dair Mustafa Kamal Paşanı inandırması və bu hədəflərin reallaşacağını göstərməsidir. "Xilas edən" şəhər ifadəsi, bu baxımdan Samsunun tam haqq etdiyi bir ünvandır", — deyə vurğuladı.