İstanbulun Maltepe rayonunda tikilməkdə olan binanın xarici hissəsində hələlik naməlum səbəbdən yanğın baş verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, alov qısa müddətdə geniş əraziyə yayılıb. Hadisə yerinə yanğından mühafizə, təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə hələlik məlumat verilməyib.