Türkiyənin Adana vilayətinin Fəkə rayonunda 3,9 bal gücündə zəlzələ baş verib.
Manset.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 18:43-də qeydə alınıb.
AFAD-ın açıqlamasında bildirilib ki, zəlzələnin episentri Fəkə rayonu olub. Yeraltı təkanların 13,88 kilometr dərinlikdə meydana gəldiyi müəyyən edilib.
İlkin məlumatlara əsasən, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan itkisi qeydə alınmayıb.