logo
logo logo
logo

"30 ildir buna görə mübarizə aparıram" - Netanyahu

17:46 - 12 İyun 2026

\"30 ildir buna görə mübarizə aparıram\" - Netanyahu

İsrailin Baş naziri Bünyamin Netanyahu İranın nüvə proqramı ilə bağlı açıqlama verərək, baş nazir olduğu müddətdə ölkəsinin İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəyini bildirib.



Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, Netanyahu qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp ilə bu məsələdə tam fikir birliyindədir və artıq 30 ildən çoxdur ki, İranın nüvə fəaliyyətlərinə qarşı mübarizə aparır. O iddia edib ki, İran İsrailin mövcudluğunu hədəfə alır və həyatını bu təhlükəni önləməyə həsr edib.


Baş nazir əlavə edib ki, bu mübarizə aparılmasaydı, İran artıq atom silahına sahib olardı və bu, regional təhlükəsizliyə ciddi təhdid yaratmış olardı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az