logo
logo logo
logo

Bu ölkədə 5,1 ballıq zəlzələ oldu

10:44 - 13 İyul 2026

Bu ölkədə 5,1 ballıq zəlzələ oldu

İndoneziyanın Mərkəzi Sulavesi əyalətində bazar günü axşam saatlarında 5,1 bal gücündə zəlzələ baş verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, zəlzələ nəticəsində 1 nəfər həyatını itirib. Yeraltı təkanlar yaşayış evlərinə və dövlət binalarına ziyan vurub.

İndoneziyanın Meteorologiya, İqlim və Geofizika Agentliyinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 21:46-da 10 kilometr dərinlikdə qeydə alınıb. Bildirilib ki, zəlzələnin episentri Buol rayonunda yerləşib. Yeraltı təkanlar Mərkəzi Sulavesi ilə yanaşı, qonşu Qorontalo əyalətinin bəzi ərazilərində də hiss olunub.

AFP agentliyinin yaydığı məlumata əsasən, Buol Fəlakətlərin İdarə Olunması Agentliyinin rəhbəri Moh Khacfy Mardjun zəlzələ nəticəsində hökumət binalarının, bir xəstəxananın, bir restoranın və yaşayış evlərinin zərər gördüyünü açıqlayıb.

Onun sözlərinə görə, rayon xəstəxanasında müalicə alan bir pasiyent təxliyə zamanı həyatını itirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az