logo
logo logo
logo

Onun ölümü bütün ABŞ-ni silkələdi - Sui-qəsd İDDİASI

11:16 - 13 İyul 2026

Onun ölümü bütün ABŞ-ni silkələdi - Sui-qəsd İDDİASI

ABŞ Prezidenti Donald Trampa yaxınlığı və İsrailə verdiyi güclü dəstəklə tanınan Respublikaçı senator Lindsi Qrehem 71 yaşında vəfat edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, yayılan məlumata görə, o, ötən gecə qəfil başlayan və qısa müddətdə ağırlaşan səhhət problemi nəticəsində dünyasını dəyişib.

Qrehemin ölümündən sonra sosial şəbəkələrdə onun qətlə yetirildiyi və ya sui-qəsdin hədəfi olduğu barədə təsdiqlənməmiş iddialar yayılıb. Donald Trampa yaxınlığı ilə tanınan Laura Lumer və bəzi sosial media istifadəçiləri senatorun Rusiya və ya İran tərəfindən hədəfə alınmış ola biləcəyini irəli sürərək hadisənin hərtərəfli araşdırılmasına çağırış ediblər. Lakin bu iddiaları təsdiqləyən hər hansı rəsmi sübut və ya açıqlama yoxdur.

Qeyd edək ki, Lindsi Qrehem 2003-cü ildən etibarən ABŞ Senatında Cənubi Karolina ştatını təmsil edirdi və Respublikaçılar Partiyasının xarici siyasət sahəsində ən nüfuzlu simalarından biri hesab olunurdu. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az