logo
logo logo
logo

Türkiyəli fenomen Oğuzhan Uğur həbs olundu

14:43 - 21 İyul 2026

Türkiyəli fenomen Oğuzhan Uğur həbs olundu

Türkiyədə "Ahbap" Dərnəyinin adına toplanan ianələrin şübhəlilərin bank hesablarına köçürüldüyü iddiası ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan Oğuzhan Uğur da daxil olmaqla doqquz nəfər barəsində həbs qətimkan tədbiri seçilib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində saxlanıldıqdan sonra Çağlayandakı İstanbul Ədliyyəsinə gətirilən 10 şübhəlinin sülh cinayət hakimliyindəki prosessual araşdırması başa çatıb.

Sülh cinayət hakimliyinin qərarı ilə şübhəlilər Oğuzhan Uğur, Gülgün Öztürk, Suzan Düşküner, Emir Taşar, Emre Kartaloğlu, Hüseyn Küçük, Fatih Eke, Muharrem Karataş və Ersin Gökgün barəsində həbs qətimkan tədbiri seçilib.

Digər şübhəli Özgür Ömer Güner barəsində isə məhkəmə istintaq dövrü üçün məhkəmə nəzarəti qətimkan tədbirinin tətbiq edilməsinə qərar verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az