logo
logo logo
logo

Rusiyada miqrantlar üçün tələblər SƏRTLƏŞDİRİLİR

16:50 - 26 İyul 2026

Rusiyada miqrantlar üçün tələblər SƏRTLƏŞDİRİLİR

Rusiya Prezidenti Vladimir Putin əmək miqrantlarına qarşı tələbləri sərtləşdirən qanunları imzalayıb.


Manset.az Rusiya mediasına istinadən xəbər verir ki, bundan sonra miqrantlar özlərini və Rusiyada yaşayıb himayələrində olan ailə üzvlərini regional əmsala vurulmuş yaşayış minimumundan aşağı olmayan səviyyədə təmin etməli olacaqlar.

Bu qanun çərçivəsində miqrantlar Rusiya Daxili İşlər Nazirliyinə gəlirlər haqqında arayış, vergi bəyannaməsinin surətini və ya fiziki şəxsin gəlir vergisinin ödənildiyini təsdiq edən sənədləri təqdim etməli olacaqlar.

Həmçinin müvəqqəti yaşamaq üçün icazənin və yaşayış icazəsinin ləğv edilməsi üçün əsasların siyahısı genişləndirilir. Əmək miqrantlarının uşaqları Rusiyada yalnız valideynlərinin iş icazəsinin qüvvədə olduğu müddətdə və əmək miqrantı tərəfindən həm özü, həm də hər bir uşağı üçün fiziki şəxslərin gəlir vergisi üzrə sabit avans ödənişinin edilməsi şərti ilə qala biləcəklər. 18 yaşına çatdıqdan sonra miqrantların uşaqları 30 gün ərzində Rusiyanı tərk etməli və ya göstərilən müddətdə patent verilməsi üçün ərizə təqdim etməli olacaqlar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az