logo
logo logo
logo

Kolumbiyanın yeni liderindən İsrailə dəstək - Fələstin planı ləğv edildi

14:40 - 27 İyul 2026

Kolumbiyanın yeni liderindən İsrailə dəstək - Fələstin planı ləğv edildi

Kolumbiyanın yeni prezidenti Abelardo de la Espriella xarici siyasət kursunu dəyişib. 


Manset.az türk mediasına istinadən xəbər verir ki, Yeni administrasiya Qüdsdəki diplomatik nümayəndəliyini yenidən açacağını, eyni zamanda Qustavo Petro dövründə irəli sürülmüş Fələstin ərazilərində səfirlik açmaq planlarını ləğv edəcəyini elan edib. Avqustun 7-də vəzifəsinin icrasına başlayacaq olan Kolumbiyanın seçilmiş prezidenti Abelardo de la Espriella sosial şəbəkələr vasitəsilə diqqətçəkən bəyanatlar verib.

"Mənim rəhbərliyim dövründə tiraniyalarla heç bir əlaqə olmayacaq", - deyə Espriella bildirib. De la Espriella yeni administrasiyanın Kuba və Nikaraqua ilə diplomatik əlaqələri kəsəcəyini, həmçinin xaricdəki 15 konsulluğu və 14 səfirliyi bağlayacağını elan edib.

Yeni prezident xarici siyasətdə də İsraillə bağlı yeni addımlar atacağını açıqlayıb.

De la Espriella Kolumbiyanın Qüdsdəki diplomatik nümayəndəliyinin yenidən açılacağını, Qustavo Petro administrasiyası zamanı planlaşdırılan Fələstin ərazilərində səfirliyin açılması təşəbbüsünün dayandırılacağını bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az