Rusiyanın Ukraynanın paytaxtı Kiyevə həyata keçirdiyi ballistik raket hücumu nəticəsində ABŞ-ın Terminal Autonomy şirkətinə məxsus pilotsuz uçuş aparatları (PUA) istehsalı zavodu məhv edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu hadisə müharibənin başlanmasından bu yana Ukrayna ərazisində birbaşa ABŞ şirkətinin hədəf alındığı ilk hücum kimi qeydə alınıb.
Bildirilib ki, hücuma məruz qalan müəssisə ABŞ-ın Delaver ştatında qeydiyyatdan keçmiş Terminal Autonomy şirkətinə aid olub. Zavodda Rusiya tərəfindən istifadə edilən elektron mübarizə sistemlərinə qarşı dayanıqlı, dəqiq idarəetmə imkanlarına malik uzaqmənzilli hücum dronları istehsal edilirdi.
Müəssisədə Ukrayna ordusunun istifadə etdiyi AQ-400 Scythe və AQ-100 Bayonet tipli döyüş dronlarının istehsal olunduğu qeyd edilir.