logo
logo logo
logo

Ukraynada poliqonda sursat partladı - Hərbçilər yaralandı 

21:34 - 31 İyul 2026

Ukraynada poliqonda sursat partladı - Hərbçilər yaralandı 

Ukraynanın Xmelnitski vilayətində yerləşən hərbi poliqonda sursatın detonasiyası nəticəsində dörd hərbçi yaralanıb, bir neçə hərbçi ilə isə əlaqə itib.


Manset.az APA-ya istinadən xəbər verir ki, Bu barədə Ukrayna Baş Prokurorluğunun Ofisi məlumat yayıb.

    Məlumata görə, hadisə bu gün yerli vaxtla saat 11:55 radələrində baş verib.

    Bildirilib ki, yaralanan dörd hərbçi tibbi müəssisəyə çatdırılıb və onlara zəruri yardım göstərilir. Onların aldığı xəsarətlərin ağırlıq dərəcəsi dəqiqləşdirilir.

    Baş Prokurorluq əlavə edib ki, hadisə yerində olan bir neçə hərbçi ilə hazırda əlaqə yoxdur və onların harada olduqları müəyyənləşdirilir.

    Məlumata əsasən, hüquq-mühafizə orqanları artıq müvafiq hərbi hissənin komandanlığı və hərbçilərinin dindirilməsinə başlayıb. Hadisə yerinə baxış və ilkin istintaq hərəkətləri sursatın detonasiyası tam dayandırıldıqdan və əraziyə təhlükəsiz giriş təmin edildikdən sonra həyata keçiriləcək.

    Faktla bağlı Xmelnitski Vilayəti Qərb Regionu Müdafiə Sahəsi üzrə İxtisaslaşdırılmış Prokurorluğunun prosessual rəhbərliyi altında cinayət işi başlanıb.

    İlkin hüquqi qiymətləndirməyə əsasən, istintaq Ukrayna Cinayət Məcəlləsinin silah, sursat və partlayıcı maddələrlə davranış qaydalarının pozulması, nəticədə bir neçə şəxsin xəsarət almasına səbəb olması ilə bağlı maddəsi üzrə aparılır.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az