logo
logo logo
logo

Hörmüz boğazı ilə bağlı qanun layihəsini İran təsdiqlədi

20:33 - 09 Avqust 2026

Hörmüz boğazı ilə bağlı qanun layihəsini İran təsdiqlədi

İran Məclisinin (birpalatalı parlamentin) Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi Hörmüz boğazının idarə olunmasına dair yeni qanun layihəsini təsdiqləyib.


Manset.az xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb.

"Parlamentin Milli Təhlükəsizlik Komitəsində "Hörmüz boğazının və Fars körfəzinin təhlükəsizliyinin və davamlı inkişafının təmin edilməsi üzrə strateji tədbirlər haqqında" qanun layihəsi təsdiqlənib", - deyə məlumatda qeyd olunub.

Avqustun 7-də İran parlamentinin Rəyasət Heyətinin üzvü Əlirza Səlimi bildirib ki, İran parlamenti ABŞ və İsraillə əlaqəli gəmilərin Hörmüz boğazından keçməsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsinə baxır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az