logo
logo logo
logo

Serj Sarqsyana 2 maddə ilə ittiham irəli sürüldü - YENİLƏNİB

14:57 - 25 Avqust 2026

Serj Sarqsyana 2 maddə ilə ittiham irəli sürüldü - YENİLƏNİB

Ermənistanın sabiq prezidenti Serj Sarqsyan ölkənin ikinci prezidenti Robert Köçəryana qarşı başlanmış cinayət işi çərçivəsində ittiham irəli sürülüb.


Manset.az xəbər verir ki, Sarqsyann Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham olunur.

Daha əvvəl Ermənistan Baş Prokurorluğu Robert Köçəryana qarşı ictimai cinayət işinin başlanması barədə məlumat vermişdi. Ona vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı üç, xüsusilə külli miqdarda rüşvət alma ilə bağlı iki və xüsusilə külli miqdarda pulların yuyulması ilə bağlı dörd epizod üzrə ittihamlar irəli sürülüb.

Eyni iş çərçivəsində daha doqquz nəfərə qarşı cinayət təqibi başlanıb. Onların arasında Robert Köçəryanın oğlu Sedrak Köçəryan, əvvəllər Ermənistanın müdafiə naziri və baş naziri vəzifələrini tutmuş Serj Sarkisyan, İrəvanın sabiq meri Andranik Marqaryan, Qaqik Beqlaryan, sahibkar Samvel Mayrapetyan və digər şəxslər var.

***

Ermənistanın üçüncü prezidenti Serj Sarqsyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsindədir.

Manset.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Binaya daxil olarkən o, jurnalistlərə hansı səbəbdən çağırıldığını bilmədiyini deyib.

Daha əvvəl Ermənistan prokurorluğu ölkənin ikinci prezidenti Robert Köçəryana qarşı cinayət işinin başlanması barədə məlumat vermişdi. Ona üç epizod üzrə vəzifə səlahiyyətlərindən sui-istifadə, iki epizod üzrə xüsusilə külli miqdarda rüşvət alma və dörd epizod üzrə xüsusilə külli miqdarda pul yuma ittihamları irəli sürülüb.

Eyni iş çərçivəsində daha doqquz nəfərə, o cümlədən müxtəlif illərdə Ermənistanın müdafiə naziri və baş naziri vəzifələrini tutmuş Serj Sarqsyana qarşı da cinayət təqibi başlanılıb.

Prokurorluq işin digər fiqurantları sırasında Robert Köçəryanın oğlu Sedrak Köçəryanın, İrəvanın sabiq meri Qaqik Beqlaryanın, sahibkar Samvel Mayrapetyanın, keçmiş baş nazir Andranik Marqaryanın və digər şəxslərin adını çəkib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az