Türk sənət musiqisinin “Diva” ləqəbli tanınmış nümayəndəsi Bülent Ersoy Aydının Kuşadası rayonundakı konsertinə gecikdiyi üçün bir tamaşaçının etirazı ilə qarşılaşması ilə bağlı sosial şəbəkə hesabında açıqlama yayıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni konsertə həkim nəzarəti altında və sistem köçürüldükdən sonra çıxdığını bildirib. Ersoy gecikməyə səhhəti ilə bağlı problemlərlə yanaşı, texniki nasazlıqların da səbəb olduğunu qeyd edib.
Açıqlamasında səhnə arxasında yaşanan tibbi proses barədə məlumat verən sənətçi tamaşaçı ilə arasında yaranan mübahisəyə də münasibət bildirib.
Ersoy ona qarşı səsləndirilən etiraza verdiyi reaksiyanın hörmətsizlik deyil, “həddini bildirmək” məqsədi daşıdığını vurğulayıb. Diva konsert zamanı yaşananların səbəblərini ictimaiyyətə açıqlamaqla hadisəyə aydınlıq gətirməyə çalışıb.