Cənubi Koreya Rusiyaya məxsus hərbi təyyarənin Koreya Hava Hücumundan Müdafiə və Tanınma Zonasına (KADIZ) daxil olduğunu müəyyən etdikdən sonra hərbi qırıcıların bölgəyə göndərildiyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Cənubi Koreya Baş Qərargahının məlumatına görə, Rusiya hərbi təyyarəsinin dünən ölkənin şərqində yerləşən KADIZ ərazisinə qısa müddətə daxil olduğu müəyyən edilib.
Açıqlamada Rusiya təyyarəsinin Cənubi Koreyanın hava məkanını pozmadan ərazini tərk etdiyi bildirilib.
Bununla belə, mümkün təhlükəyə qarşı Cənubi Koreya ordusunun hərbi qırıcıları havaya qaldıraraq əraziyə göndərdiyi qeyd olunub.