logo
logo logo
logo

Səfir Türkiyə gəmisinin vurulmasına görə XİN-ə çağırıldı

18:35 - 29 Avqust 2026

Səfir Türkiyə gəmisinin vurulmasına görə XİN-ə çağırıldı

Ukraynanın Ankaradakı səfiri Nəriman Calal Qara dənizdə vurulan Türkiyə gəmisinə və onu çəkmək üçün göndərilən digər qoşqu gəmiyə hücumla bağlı Xarici İşlər Nazirliyinə çağırılıb.


Manset.az TRT Haber-ə istinadən xəbər verir ki, avqustun 26-da Türkiyə şirkətinə məxsus gəmi Qara dənizdə Tuapse sahillərində vurulub. Avqustun 27-də həmin gəmiyə yardım üçün göndərilən digər gəmi də hədəfə alınıb.

"Görüş zamanı Türkiyənin sözügedən hücumlarla bağlı etirazı Ukrayna tərəfinə çatdırılıb. Qara dənizdə can və mal təhlükəsizliyinin, gəmiçilik və ətraf mühitin təhlükəsizliyinin təmin edilməsinin zəruri olduğu ilə bağlı lazımi xəbərdarlıqlar edilib", - deyə Türkiyə XİN-dəki mənbə qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az