Çanaqqalanın Gelibolu rayonunda otel otağında 15 yaşlı iki oğlanla əxlaqsız vəziyyətdə olduğu iddia edilən tanınmış iş adamı Ş.T. həbs edilib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə avqustun 7-də Gelibolu rayonunun Alaəddin məhəlləsində, Kore Qəhrəmanları küçəsində yerləşən oteldə saat 21:30 radələrində baş verib.
Məlumata görə, Gelibolu rayonunda iki yanacaqdoldurma məntəqəsinin sahibi olan 69 yaşlı Ş.T. otel otağında 15 yaşlı iki oğlanla olub.
İstintaq orqanlarına daxil olan məlumatdan sonra polis əməkdaşları otelə gedərək Ş.T.-ni saxlayıblar.
Ş.T. polis bölməsindəki prosedurlardan sonra məhkəməyə çıxarılıb. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib və o, cəzaçəkmə müəssisəsinə göndərilib.