logo
logo logo
logo

Avqust ayı ən isti ay oldu 

10:39 - 10 Sentyabr 2026

Avqust ayı ən isti ay oldu 

Avqust ayında qlobal orta yerüstü hava temperaturu 16,96 dərəcəyə çataraq meteoroloji müşahidələr tarixində ən isti ay kimi qeydə alınıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Avropa İttifaqının (Aİ) Kopernik İqlim Dəyişikliyi Xidməti (C3S) 2026-cı ilin avqust ayı üzrə qlobal temperatur göstəricilərini açıqlayıb.

Məlumatlara görə, avqust ayında qlobal orta yerüstü hava temperaturu 16,96 dərəcə təşkil edib. Bu göstərici 1991–2020-ci illər üzrə avqust ayının orta temperaturundan 0,85 dərəcə yüksək olub.

2026-cı ilin avqustunda qeydə alınan temperatur 16,95 dərəcə ilə 2023-cü ilin iyulunda qeydə alınmış göstəricini ötərək meteoroloji müşahidələr tarixində ən isti ay olub.

Ötən ay qlobal temperatur 1850–1900-cü illəri əhatə edən sənayedən əvvəlki dövrün orta göstəricisindən də 1,65 dərəcə yüksək olub. Bununla da avqust ayında 2025-ci ilin noyabrından etibarən ilk dəfə aylıq temperatur artımı 1,5 dərəcə həddini keçib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az