logo
logo logo
logo

ABŞ-da dizel yanacağının qiyməti rekord həddə çatdı

14:49 - 11 Sentyabr 2026

ABŞ-da dizel yanacağının qiyməti rekord həddə çatdı

Yaxın Şərqdə davam edən gərginlik fonunda neftin bahalaşması ABŞ-da dizel yanacağının qiymətini rekorda çatdırıb. Ölkədə dizelin bir qallonu ilk dəfə 6 dolları ötüb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Amerika Avtomobil Assosiasiyasının (AAA) məlumatına görə, ölkə üzrə dizel yanacağının orta qiyməti 6,05 dollara yüksəlib.

Gərginlik səbəbindən qlobal neft qiymətləri həftəlik müqayisədə təxminən 9 faiz artaraq "Brent" markalı neft üçün 104 dollara, "West Texas Intermediate" (WTI) üçün isə 99,25 dollara çatıb. Emal xərclərinin yüksəlməsi nəticəsində neftin bahalaşması ABŞ-da dizel qiymətlərinə birbaşa təsir göstərib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az