Respublikaçılar aralıq seçkilərdəki şanslarını artırmaq məqsədilə bu həftə Dallasda bir araya gəliblər.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, partiya mənsubları ABŞ Prezidenti Donald Trampın damğasını vurduğu və miqyası ilə seçilən bu qurultayın noyabr seçkiləri ərəfəsində seçici fəallığını artıracağına ümid edirdilər.
Tərəfdarlarının əvvəlcədən "Trump-a-palooza" siyasi şousu kimi qələmə verdiyi tədbirdən ayrılan bir çox insan partiyanın 2026-cı ildəki şansları ilə bağlı yenə də narahatlığını gizlədə bilmir, prezident vəzifədən getdikdən sonra Respublikaçıların gələcək taleyi barədə düşünürdü.