logo
logo logo
logo

KXDR Yapon dənizinə ballistik raketlər buraxdı

09:17 - 12 Sentyabr 2026

KXDR Yapon dənizinə ballistik raketlər buraxdı
Şimali Koreya Yapon dənizi istiqamətində bir neçə qısa mənzilli ballistik raket buraxıb.

Manset.az xəbər verir ki, Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin yaydığı məlumata əsasən, atışlar şənbə günü yerli vaxtla saat 05:20-də Vonsan bölgəsindən reallaşdırılıb.

Raketlər təxminən 250 kilometr məsafə qət etdikdən sonra dənizə düşüb.

Cənubi Koreya və ABŞ hərbçiləri raketlərin texniki göstəricilərini təhlil edirlər. İlkin ehtimallara görə, proses "Hvason-11" seriyalı ballistik raketləri və 600 millimetrlik reaktiv yaylım atəşi sistemlərinin mərmilərini əhatə edib.

Hadisə Cənubi Koreya, ABŞ və Yaponiyanın birgə hərbi təlimlərinin yekunlaşmasından cəmi bir gün sonra yaşanıb.

Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az