logo
logo logo
logo

Türkiyədə 350 kq kokain aşkarlandı

14:28 - 13 Sentyabr 2026

Türkiyədə 350 kq kokain aşkarlandı

Türkiyənin Mersin Limanında keçirilən əməliyyat zamanı Cənubi Amerikadan gələn yük gəmisində 350 kq kokain aşkarlanıb.


Manset.az report-a istinadən xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata görə, əməliyyat Türkiyə Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin koordinasiyası, İstanbul və Mersin şəhər polis idarələrinin müvafiq bölmələrinin iştirakı ilə həyata keçirilib.

Gəmidə aparılan axtarış zamanı gizlədilmiş 12 iri bağlamada ümumilikdə təxminən 350 kq kokain aşkarlanıb.

Axtarış zamanı, həmçinin dalğıc avadanlıqları və sualtı dəniz skuterlərinə aid ləvazimatlar götürülüb.

Faktla bağlı 9 şübhəli şəxs barəsində araşdırma başlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az