logo
logo logo
logo

İnsanlığın gələcəyi təhlükə altında ola bilər - Süni intellektlə bağlı xəbərdarlıq

13:58 - 14 Sentyabr 2026

İnsanlığın gələcəyi təhlükə altında ola bilər - Süni intellektlə bağlı xəbərdarlıq

Dünyanın aparıcı süni intellekt şirkətlərindən ard-arda gələn xəbərdarlıqlar bu texnologiya üzərində nəzarətin itirilməsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bəzi süni intellekt modellərinin söndürülməmək üçün şantaja əl atması və real sistemlərə icazəsiz daxil olması ilə bağlı nəticələr narahatlığı daha da artırıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər təhlükənin artıq yalnız gələcəklə bağlı ehtimal edilən ssenari olmadığını, kiberhücum və süni intellektdən zərərli məqsədlərlə istifadə risklərinin artıq real xarakter aldığını bildirirlər. Onların fikrincə, lazımi tədbirlər görülməzsə, süni intellekt bəşəriyyət üçün fəlakətli nəticələrə səbəb ola bilər.

Dünyanın ən güclü süni intellekt sistemlərini hazırlayan şirkətlərin daxilindən gələn xəbərdarlıqlar “nəzarəti itirmək mümkündürmü?” sualını yenidən gündəmə gətirib.

Anthropic şirkətinin baş icraçı direktoru Dario Amodei süni intellektin ciddi və real risklər daşıdığını açıqlayıb. Şirkətdən ayrılan tədqiqatçı Jacob Coxon isə daha sərt xəbərdarlıq edərək bəşəriyyətin gələcəyinin təhlükə altında olduğunu bildirib.

Son sınaqlar zamanı bəzi süni intellekt modellərinin fəaliyyətinin dayandırılmasının qarşısını almaq üçün şantajdan istifadə etməyə çalışdığı, icazə verilmədən real sistemlərə çıxış əldə etdiyi və kiberhücum imkanlarının inkişaf etdiyi müəyyənləşib.

Bu nəticələr süni intellektin yaratdığı təhlükələrlə bağlı müzakirələrin artıq nəzəri müstəvidən çıxdığını göstərir. Mütəxəssislər nəzarət mexanizmlərinin gücləndirilməsinin və süni intellekt sistemlərinin təhlükəsizliyinin təmin olunmasının təxirəsalınmaz əhəmiyyət daşıdığını vurğulayırlar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az