Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Lyayen 15 yaş və altındakı uşaqları qorumaq məqsədilə sosial şəbəkələrlə bağlı yeni qanun çərçivəsində müxtəlif məhdudiyyətlərin tətbiq ediləcəyini bildirib. Qanun layihəsi 13 yaşdan aşağı uşaqlara tam qadağa, 15 yaşdan aşağı olanlara isə mərhələli məhdudiyyətlərin qoyulmasını nəzərdə tutur.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Aİ-də 15 yaş və altı uşaqlar üçün sosial mediaya dair yeni qadağalar tətbiq olunur.
Aİ Komissiyasının sədri Ursula fon der Lyayen uşaqları sosial şəbəkələrin mənfi təsirlərindən qorumağı hədəfləyən "Aİ Uşaq Qanunu" layihəsinin təfərrüatlarını açıqlayaraq, 13 yaşdan aşağı uşaqlara tam qadağa, 15 yaşdan aşağı olanlara isə şəxsi hesab açmaq məhdudiyyəti qoyulacağını bəyan edib. Avropa Parlamentində çıxış edən fon der Lyayen cümə axşamı rəsmən təqdim olunacaq hüquqi tənzimləmə ilə uşaqların yaş qruplarına uyğun mərhələli müdafiə mexanizmi ilə əhatə olunacağını bildirib.
Layihəyə əsasən, 13 yaşından kiçik şəxslərin sosial media platformalarına girişi tamamilə məhdudlaşdırılacaq. 13-15 yaş aralığındakı uşaqlar isə yalnız valideyn nəzarəti ilə açılan, funksiyaları məhdudlaşdırılmış və gündə maksimum bir saat istifadəyə icazə verən "mini hesablar" vasitəsilə daxil ola biləcəklər.