logo
logo logo
logo

"Tramp İrana qarşı sanksiyaları yumşaltmağa hazırdır" - Axios

21:12 - 28 Sentyabr 2026

\"Tramp İrana qarşı sanksiyaları yumşaltmağa hazırdır\" - Axios

ABŞ Prezidenti Donald Tramp İrana qarşı sanksiyaları yumşaltmağa hazırdır.


Manset.az xəbər verir ki, bu barədə amerikalı rəsmiyə istinadən Axios-un müxbiri Barak Ravid X sosial şəbəkəsində məlumat yayıb.

"Prezident Tramp nüvə sahəsində konkret irəliləyiş müqabilində İrana qarşı sanksiyaları yumşaltmağa və dondurulmuş vəsaitləri blokdan çıxarmağa hazırdır", - məlumatda bildirilir.

Daha əvvəl Tramp İranın Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpasına dair təklif etdiyi planı rədd edib. Onun sözlərinə görə, Tehran boğazın dərhal blokdan çıxarılmasını nəzərdə tutan razılaşma imzalamaq istəyirdi. ABŞ Prezidenti belə bir razılaşmanı qəbuledilməz adlandırıb. O bir daha bəyan etdi ki, İran nüvə silahına malik ola bilməz.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az