logo
logo logo
logo

Böyük Britaniya İrana qarşı sanksiyalar elan etdi

20:17 - 12 Oktyabr 2026

Böyük Britaniya İrana qarşı sanksiyalar elan etdi

Böyük Britaniya Tehranı ölkənin təhlükəsizliyinə təhdidlər yaratmaqda ittiham edərək İranın səfirini Xarici İşlər Nazirliyinə (XİN) çağırıb.


Manset.az "Report"-a istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Ed Milibendin bəyanatında bildirilib.

"İrana dəfələrlə bildirdiyimiz kimi, Böyük Britaniya öz ərazisində təhdidlərə dözməyəcək. Bu gün mən bu mesajı tam şəkildə təkrarlamaq üçün İran İslam Respublikasının Birləşmiş Krallıqdakı səfirini çağırmağı tapşırdım", - bəyanatda qeyd olunub.

O, həmçinin qeyd edib ki, ölkə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əks-kəşfiyyat əməliyyatlarının rəhbəri Ruhullah Bəzgəndiyə və Britaniya tərəfinin iranlı dissidentlərə qarşı bir neçə sui-qəsddə əli olan Zindəşti şəbəkəsinin vasitəçisi hesab etdiyi Şəhram Əli Rza Təmərzadə Cəkiyə qarşı sanksiyalar tətbiq edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az