Bu gün səhər saatlarında Pakistanda 5,6 bal gücündə zəlzələ olub.
Manset.az xəbər verir ki, hadisə ölkənin qərbindəki Bəlucistan əyalətində qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən (EMSC) məlumat verilib.
Bildirilib ki, yeraltı təkanlar səhər saatlarında 141 mindən çox insanın yaşadığı Xuzdar şəhərindən 49 kilometr şimal-qərbdə qeydə alınıb.
Zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib.