İran parlamenti Mehrdad Əxlaqi Kitabçinin ölkənin müdafiə naziri vəzifəsinə təyinatını təsdiqləyib.
Manset.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Qərar oktyabrın 18-də parlamentin açıq iclasında namizədin peşəkar keyfiyyətləri və təqdim etdiyi fəaliyyət proqramı nəzərdən keçirildikdən sonra qəbul olunub.
Mehrdad Əxlaqi Kitabçi bu vəzifədə ABŞ və İsrailin hücumları nəticəsində həlak olan general-mayor Əziz Nəsirzadəni əvəz edəcək.
Qeyd edək ki, Nəsirzadənin ölümündən sonra müdafiə naziri vəzifəsini müvəqqəti olaraq Məcid ibn əl-Rza icra edirdi.