logo
logo logo
logo

Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi

18:29 - 22 Oktyabr 2026

Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi

Albaniya parlamentində hakim Sosialist Partiyasının və müxalif Demokratik Partiyanın deputatları arasında əlbəyaxa dava düşüb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə parlamentin cümə axşamı keçirilən iclasında baş verib. 

Məlumata görə, müxalif Demokrat Partiyasının deputatı Flamur Noka hakim partiyanın təmsilçilərinin səsvermə kartlarını götürməyə çalışıb. Bundan sonra deputatlar arasında gərginlik yaranıb.

Dava zamanı müxalif deputat Fidel Krekanın keçmiş daxili işlər naziri, hakim Sosialist Partiyasının üzvü Ervin Hocaya əlindəki əşya ilə zərbə vurduğu və onu itələdiyi bildirilir. Parlament mühafizəçiləri tərəfləri ayırmağa çalışıblar.

Qeyd edək ki, Albaniyada Baş nazir Edi Ramanın istefası tələbi ilə hökumət əleyhinə etirazlar davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az