İsraildən havaya qalxan sərnişin təyyarəsi elektron poçt vasitəsilə daxil olan bomba təhdidi səbəbindən Bolqarıstanın paytaxtı Sofiyadakı hava limanına məcburi eniş edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Bolqarıstan Daxili İşlər Nazirliyinin baş katibi, baş komissar Lyubomir Nikolovun açıqlamasına görə, İsraildən uçan sərnişin təyyarəsinə qarşı elektron poçt vasitəsilə bomba xəbərdarlığı edilib.
Nikolov xəbərdarlıqdan sonra Sofiyadakı Vasil Levski Hava Limanına enən təyyarənin Terrorla Mübarizə Xüsusi Bölməsinin əməkdaşları tərəfindən yoxlanıldığını qeyd edib.
Baş komissar, həmçinin təyyarə ilə yanaşı Bolqarıstandakı müxtəlif qurumlara qarşı da bomba təhdidlərinin daxil olduğunu diqqətə çatdırıb.