ABŞ-nin Florida ştatında helikopter dənizə düşüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Sahil Mühafizəsinin sosial media hesabında yayılan məlumata görə, dünən Mayami şəhəri yaxınlığında, Key Bişkeyn adası sahillərində kiçik helikopter dənizə düşüb.
Qəza zamanı helikopterdə olan 3 nəfərdən biri ölüb, digər 2 nəfər isə yaralanıb.
ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) və Federal Aviasiya İdarəsi (FAA) hadisə ilə bağlı araşdırmaya başlanıldığını açıqlayıb.