Kolumbiyanın cənubunda yerləşən Kauka inzibati bölgəsində polis bölməsinə bombalı hücum baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, yerli mətbuatda yayılan məlumata görə, Kauka bölgəsinin El Estreço qəsəbəsindəki polis bölməsinin hədəf alındığı güclü partlayış baş verib.
Hadisə nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Partlayış nəticəsində ətrafdakı yaşayış evlərinə, iş yerlərinə və təhlükəsizlik qüvvələrinə məxsus binalara ciddi ziyan dəyib.
Hücumdan sonra bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.