logo
logo logo
logo

Hörmüzdə 2 tanker vuruldu

17:13 - 05 Noyabr 2026

Hörmüzdə 2 tanker vuruldu

İran İslam İnqilabı Keşikçiləri Korpusu iki neft tankerinin və bir yedək gəmisinin Hörmüz boğazından keçərkən alovlara büründüyünü açıqlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, İnqilab Keşikçiləri Korpusunun yaydığı məlumata görə, gecə saatlarında Hörmüz boğazının cənub marşrutu ilə hərəkət etməyə çalışan neft tankerlərindən biri minaya düşərək yanmağa başlayıb.

Açıqlamada, həmçinin Hörmüz boğazının şərq hissəsində supertankerdə yanğın baş verdiyi qeyd olunub. Yanğını söndürmək üçün gəmiyə yaxınlaşan yedək gəmisi də alova bürünüb.

İnqilab Keşikçiləri Korpusunun məlumatına görə, ABŞ tərəfindən İranın “Şahid-136” tipli kamikadze pilotsuz uçuş aparatının (PUA) surəti əsasında “Lucas” adı ilə hazırlanan iki kamikadze PUA da bölgədə elektron mübarizə sistemləri vasitəsilə təhlükəsiz şəkildə yerə endirilərək ələ keçirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az