Serbiyada MiQ-29 tipli qırıcı təyyarə Belqradın şimal-qərbində, Stara Pazova və Nova Pazova yaşayış məntəqələri arasında qəzaya uğrayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Serbiya Silahlı Qüvvələrinə məxsus hərbi təyyarənin paytaxt Belqradın şimal-qərbində yerləşən əkin sahəsinə düşməsi nəticəsində pilotun həlak olduğu bildirilir.
Qəzadan sonra təyyarə alovlanıb, hadisə yerindən göyə qatı qara tüstü yüksəlib. Serbiya Radio və Televiziyası (RTS) da təyyarənin pilotunun həyatını itirdiyini xəbər verib.