logo
logo logo
logo

2026-nın sözü bu kəlimə oldu

12:29 - 18 Noyabr 2026

2026-nın sözü bu kəlimə oldu

“Cambridge” lüğəti 2026-cı ilin sözü kimi “human” (insan) sözünü seçib.


Manset.azüğətin leksikoqrafı Kolin Makintoş süni intellektin insan olmaq anlayışı ətrafında müzakirələrin istiqamətini dəyişdirdiyini vurğulayıb. Onun sözlərinə görə, insan mahiyyətinə artan maraq dövrün ruhunu əks etdirir və məhz bu səbəbdən “human” sözü 2026-cı ilin sözü seçilib.

Makintoş bildirib ki, düşünmə proseslərini kənar vasitələrə həvalə etdikdə nələri itirə biləcəyimizlə bağlı narahatlıqlar süni intellektə nə dərəcədə etibar etdiyimizi yenidən nəzərdən keçirməyimizə səbəb olub. Bu məsələnin ən yüksək səviyyəli riyaziyyatçılardan tutmuş azyaşlı uşaqların müəllimlərinədək geniş çevrədə müzakirə edildiyini qeyd edən leksikoqraf deyib:

“‘Human’ sözünün ənənəvi tərifi insanları tanrılardan, heyvanlardan və son dövrlərdə isə maşınlardan fərqləndirir”.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az