ABŞ-də Prezident Donald Tramp da daxil olmaqla bir neçə siyasətçiyə qarşı sui-qəsd planlaşdırmaqda ittiham olunan Pakistan vətəndaşı Asif Merchant 27 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, pakistanlı müttəhim terrorçuluq və muzdlu qatil tutmaq ittihamları ilə Nyu-Yorkun Bruklin rayonunda yerləşən federal məhkəmə qarşısına çıxarılıb.
Məhkəmənin qərarına əsasən, muzdlu qatil tutmaq ittihamını qəbul edən Asif Merchant 27 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib.
Müttəhimin vəkili Avraham Moskovits açıqlamasında qərardan apellyasiya şikayəti verməyi nəzərdən keçirdiklərini bildirib.
ABŞ-ın ədliyyə naziri Todd Blanş isə hökmü ədalətli hesab etdiyini vurğulayaraq deyib:
“Ədliyyə Nazirliyi ölkəmizin rəhbərlərinə qarşı xarici terrorçu fəaliyyətlərə dözməyəcək və təqsirkarlar məsuliyyətə cəlb edilənədək bu istiqamətdə səylərini davam etdirəcək”.