logo
logo logo
logo

ABŞ-dən kiberhücum iddialarına CAVAB

14:37 - 18 Noyabr 2026

ABŞ-dən kiberhücum iddialarına CAVAB

ABŞ-də son günlər baş verən ardıcıl texniki nasazlıqlar kiberhücum ehtimalı ilə bağlı müzakirələrə səbəb olub.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio sistemlərdəki fasilələrin kiberhücumlarla əlaqəli olduğuna dair heç bir sübutun olmadığını açıqlayıb.

ABŞ-də “Microsoft”, “Apple”, “United Airlines”, “Chase Bank” və federal qurumların sistemlərində qeydə alınan texniki nasazlıqlar müzakirə olunmaqda davam edir.

ABŞ dövlət katibi Marko Rubio müxtəlif qurumların fəaliyyətinə təsir göstərən fasilələrin bir-biri ilə əlaqəli olduğuna və ya kiberhücumlar nəticəsində baş verdiyinə dair hər hansı sübutun olmadığını bildirib.

Marko Rubio Filippində keçirdiyi mətbuat konfransında son günlər müxtəlif şirkətlərin və federal qurumların sistemlərində baş verən texniki nasazlıqları şərh edib.

O, ABŞ ictimaiyyətinin ardıcıl fasilə xəbərləri səbəbindən narahatlığını başa düşdüklərini və hökumətin malik olduğu məlumatları şəffaf şəkildə bölüşmək istədiyini bildirib.

Hadisələrin bir-biri ilə əlaqəli olduğunu göstərən heç bir faktın aşkar edilmədiyini vurğulayan Rubio deyib:

“Bu hadisələrin bir-biri ilə əlaqəli olduğuna dair heç bir sübutumuz, göstəricimiz və ya belə düşünməyimizə əsas verən hər hansı səbəbimiz yoxdur”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az