Çin Səddinin qərb qapısı hesab edilən Jiayu keçidi beynəlxalq turizmin yeni istiqamətlərindən biri kimi tanıdılır. Pekin rəhbərliyi tarixi İpək Yolu marşrutu üzərində yerləşən Qansu əyalətini xarici turistlərə tanıtmaq məqsədilə Avropadan turizm nümayəndə heyətlərini bölgəyə dəvət edir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Çin minilliklərə söykənən İpək Yolu irsini beynəlxalq turizm üçün yeni cazibə mərkəzinə çevirmək istiqamətində fəaliyyətini sürətləndirir.
Çin Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin dəvəti ilə Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, İspaniya, İsveçrə, Danimarka, Lüksemburq və İsveçdən 31 turizm nümayəndəsi, jurnalist və məzmun yaradıcısı Qansu əyalətinə səfər edib.
Nümayəndə heyəti tarixi İpək Yolunun mühüm marşrutlarından biri olan Xesi dəhlizi boyunca hərəkət edərək Lanzhou, Zhangye, Jiayuguan ve Dunhuang şəhərlərini ziyarət edib.
Səfər proqramı çərçivəsində bölgənin tarixi irsi, təbii gözəllikləri və turizm imkanları qonaqlara tanıdılıb.