İranın Sistan və Bəlucistan əyalətində hərbi kazarmanın yaxınlığında partlayış baş verdiyi bildirilir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Sistan və Bəlucistan əyalətinin şimalında yerləşən Zəhek şəhərində qeydə alınıb.
Məlumata əsasən, əldəqayırma partlayıcı qurğunun işə salınması nəticəsində baş verən hadisə zamanı ölən və yaralanan olmayıb. Bildirilib ki, hücumun məqsədi hərbi qulluqçulardan birinə qarşı sui-qəsd törətmək olub.
Partlayış nəticəsində ərazidəki avtomobillərdən birinə də ziyan dəyib.