Serbiyanın mərkəzi hissəsində yerləşən Kraquyevaç şəhərindəki orta məktəblərdən birində silahlı hücum baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, polis 17 yaşlı şagirdin məktəbdə atəş açaraq iki nəfəri yaraladığını bildirib.
Polisin açıqlamasına görə, yaralılardan birinin böyük ehtimalla odlu silahdan açılan atəş nəticəsində, digərinin isə sınmış şüşə qırıntılarından xəsarət aldığı bildirilir.
Hadisə zamanı şagirdlərdən heç birinin xəsarət almadığı qeyd olunub.
Silahlı hücumun hansı səbəbdən törədildiyi hələlik məlum deyil.