Türkiyənin Eskişehir şəhərində təlim məqsədilə havaya qalxan Hərbi Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.
Manset.az TRT Haber-ə istinadən xəbər verir ki, AS-532 tipli helikopter təlim uçuşu zamanı qəzaya uğrayıb.
Məlumata görə, helikopterin qalıqları aşkarlanıb. Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.
Qəzanın səbəbi və mümkün itkilər barədə hələlik əlavə məlumat verilmir.