logo
logo logo
logo

Bu il İngiltərədə anomal istilər səbəbindən 5 258 nəfər həyatını itirdi

17:25 - 25 Noyabr 2026

Bu il İngiltərədə anomal istilər səbəbindən 5 258 nəfər həyatını itirdi

İngiltərədə bu yay həddindən artıq isti hava səbəbindən 5 258 nəfərin həyatını itirdiyi təxmin edilir. Bu göstəricinin 2016-cı ildən bəri qeydə alınan ən yüksək həddə çatdığı bildirilir.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, İngiltərə Səhiyyə Təhlükəsizliyi Agentliyinin (UKHSA) yaydığı yazılı açıqlamada 2026-cı ilin may-sentyabr aylarını əhatə edən dövrdə anomal istilərlə əlaqəli ölüm hallarına dair hesabatın nəticələri açıqlanıb.

Hesabatda qeyd olunub ki, İngiltərədə bu yay yüksək temperaturla əlaqədar 5 258 nəfərin öldüyü ehtimal edilir. Bu, 2016-cı ildən, yəni müvafiq qeydlərin aparılmağa başlandığı vaxtdan bəri ən yüksək göstəricidir.

Məlumatda istilərlə əlaqəli ölüm hallarının əvvəlki illərdəki sayı da xatırladılıb. Belə ki, 2022-ci ildə 2 985, 2023-cü ildə 2 295, 2024-cü ildə 1 311, 2025-ci ildə isə 1 504 nəfər həyatını itirib. Bildirilib ki, bu il qeydə alınan göstərici 2022-ci ilin əvvəlki rekordunu təxminən iki dəfə üstələyib.

Hesabata əsasən, ən çox ölüm iyunun 21-dən 28-dək davam edən anomal isti hava dövründə baş verib. Həmin müddətdə 2 401 nəfərin ölümünün yüksək temperaturla əlaqəli olduğu ehtimal edilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az